Deputat: "Bizə göndərilən medal təsvirlərində heç nə görünmür, bu, hörmətsizlikdir"

Deputat: "Bizə göndərilən medal təsvirlərində heç nə görünmür, bu, hörmətsizlikdir"
# 20 oktyabr 2017 11:13 (UTC +04:00)

Milli Məclisin iclasında "Mülki aviasiya sahəsində xidmətlərə görə" medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik müzakirəyə çxıarılıb.

APA-nın xəbərinə görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Layihəyə əsasən qanunun 2-ci maddəsində "Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938-2013)" Azərbaycan Respublikasının yubiley medalı" hissəsindən əvvəl aşağıdakı məzmunda yeni hissə əlavə edilir:

- "Mülki aviasiya sahəsində xidmətlərə görə" medalı";

- "Mülki aviasiya sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur). "Mülki aviasiya sahəsində xidmətlərə görə" Azərbaycan Respublikası medalının təsviri" təsdiq edilsin (əlavə olunur).

Çıxış edən deputat Elmira Axundova medalın hazırlanması ilə bağlı etirazını bildirib: “Belə orden və medalların təsis edilməsi ölkə başçısı İlham Əliyevin hər bir peşə sahiblərinə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir. Amma belə medallar təsvir edilərkən medalın ön tərəfindən qızılı qaytan formasında dekorativ elementlərlə əhatə olunmuş dairə, onun mərkəzi hissəsində səkkizguşəli ulduz daxilində təyyarə və qlobusdan ibarət kompozisiya təsvir olunub. Arxa hissəsi də yenə belə təfərüratla təsvir olunur. Lakin bizə təqdim olunan variantda medalın ön və arxa hissəsi aydın görünmür. Belə olan halda biz medalın dizaynını hazırlayan insanların sözünə inanmalıyıq. Çünki təqdim olunan təsvirdə heç nə görünmür, başa düşmək olmur. Belə hallar hər dəfə bizə medal təsvirləri göndəriləndə təkrarlanır. Bu, deputatlara qarşı hörmətsizlikdir. Bizim ümumi şöbənin burada günahı yoxdur, onlar sadəcə bu şəkildə alıb çoxaldırlar. Mən xahiş edirəm ki, bizə medal və ordanlərin təsvirlərini daha aydın göndərsinlər ki, bilək söhbət nədən gedir”.

Sədr Oqtay Əsədov bildirib ki, gələn dəfə bu məsələyə baxılar.

Layihə səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR