"Kapital Bank" Naxçıvanda daha üç filialını yeniləyib

"Kapital Bank" Naxçıvanda daha üç filialını yeniləyib
# 15 yanvar 2020 10:54 (UTC +04:00)

Cari ildə “Kapital Bank” ASC Naxçıvan Muxtar Respublikası ərazisində olan filiallarında biznes proseslərin və filialların transformasiyası layihəsini həyata keçirir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, layihə çərçivəsində bütün filiallarda 5 ay ərzində biznes proseslər optimizasiya olunub, 7 filialda əsaslı yenidənqurma işləri artıq yekunlaşıb, o cümlədən digər 1 filialda işlər davam edir.

Hazırkı mərhələdə layihə çərçivəsində “Kapital Bank”ın Şərur, Sədərək və Kəngərli filialları əsaslı təmir olunaraq, müştərilərin istifadəsinə verilib. Şərur filialı, Naxçıvan MR, Şərur şəhər, H. Əliyеv prospekti 44А, Sədərək filialı Naxçıvan MR, Sədərək rayonu, Hеydərаbаd qəsəbəsi və Kəngərli filialı isə Kəngərli rayonu, Qıvrаq qəsəbəsi ünvanında yerləşir. Filiallar müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

“Kapital Bank”ın qeyd olunan filialları, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir.

Bundan əlavə, “Kapital Bank” 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam edir. Ötən illər ərzində 60-dan çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 25-dən çox yeni filial və şöbə istifadəyə verilib. Transformasiya layihəsinin davam olaraq cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Qeyd edək ki, Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR