Quba-Qusar yolunda iki avtomobil toqquşub, iki nəfər ölüb, beş nəfər xəsarət alıb - YENİLƏNİB

Quba-Qusar yolunda iki avtomobil toqquşub, iki nəfər ölüb, beş nəfər xəsarət alıb   - <span style="color: red;">YENİLƏNİB
# 27 mart 2017 15:51 (UTC +04:00)

Bu gün günorta saatlarında Quba-Qusar yolunda baş verən yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi müəyyənləşib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, ölən şəxslər 1983-cü il təvəllüdlü Şahmirzəyev Ruslan Mirzəbala oğlu və Novruz Vahidlidir.

Qəza nəticəsində daha 5 nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alan şəxslər Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan 3-ü ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb, 2 nəfərin müalicəsi isə xəstəxanada davam etdirilir.



Faktla bağlı araşdırmalar davam etdirilir.

***

15:25

Quba-Qusar yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun xəbərinə görə, hadisə yolun 7-ci kilometrliyində qeydə alınıb.

40 BN 070 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı və 10 DU 314 dövlət nömrə nişanlı, BMW markalı avtomobillərin toqquşması nəticəsində iki nəfərin öldüyü bildirilir.

İlkin məlumata görə, onların hər ikisi “VAZ 2107”-də olan şəxslərdir.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR