Çin Şərqi Çin dənizindəki mübahisəli adaya 3 mühafizə kateri göndərib

Çin Şərqi Çin dənizindəki mübahisəli adaya 3 mühafizə kateri göndərib
# 08 yanvar 2017 09:33 (UTC +04:00)

Çin Sahil Mühafizə Xidməti Şərqi Çin dənizindəki mübahisəli Dyaoyuydao (Senkaku) adasının akvatoriyasına 3 mühafizə kateri göndərib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə bu gün Çin Dövlət Okeanologiya İdarəsi məlumat yayıb.

Bu ada Çin və Yaponiya arasında mübahisə mövzusudur. Yaponiyanın 2012-ci ildə birtərəfli qaydada adanı şəxsi sahibindən aldığını elan etməsi Çində kütləvi etiraz aksiyası və iğtişaşlara yol açıb. Çin gəmiləri zaman-zaman ada yaxınlığında peyda olur, sahilə yaxınlaşır. Çinin bu addımlarına hər dəfə Yaponiya Xarici İşlər Nazirliyi və digər qurumlar sərt reaksiya verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR