İraqın Təlafər şəhərini 40 min dinc sakin tərk edib

İraqın Təlafər şəhərini 40 min dinc sakin tərk edib
# 21 avqust 2017 20:48 (UTC +04:00)

Təlafər şəhərinin İŞİD terrorçularından azad edilməsi ilə bağlı keçirilən hərbi əməliyyatlarla əlaqədar şəhəri məcburi tərk edən sakinlərin sayı 40 minə yaxınlaşır.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik bildirib.

“40 minədək insan Təlafəri artıq tərk edib. Çox güman ki, yaxın günlərdə şəhəri tərk etmək məcburiyyətində qalanların sayı artacaq”, deyə S.Düjarrik qeyd edib.

BMT-nib İraq üzrə humanitar əlaqələndiricisi Liz Qrande bildirib ki, şəhərdə qida və su ehtiyatları tükənmək üzrədir.

Qeyd edək ki, İraqın Təlafər şəhərinin terrorçulardan azad edilməsi əməliyyatı avqustun 20-də başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR