Çindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşlarından götürülən analizlərin növbəti nəticələri açıqlanıb

Çindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşlarından götürülən analizlərin növbəti nəticələri açıqlanıb
# 07 fevral 2020 18:08 (UTC +04:00)

Çinin Uhan vilayətindən Türkiyəyə təxliyə edilən şəxslərdən, o cümlədən təyyarənin ekipaj, texniki və tibbi heyət üzvləri olmaqda, 61 nəfərdən götürülən analizlərin növbəti nəticələri açıqlanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, analizlərin nəticələrinə əsasən, 61 nəfərdə koronavirus aşkarlanmayıb.

Qeyd edək ki, bundan əvvəl də açıqlanan nəticələrə görə, həmin şəxslərdə koronavirus aşkar edilməyib.

Xatırladaq ki, Türkiyəyə məxsus ambulans-təyyarə yanvarın 31-də Çinin koronavirus yayılan Uhan şəhərinə yola düşüb. Fevralın 1-də təyyarə ilə 42 nəfər təxliyə edilib ki, onlardan 32 nəfəri Türkiyə, 6 nəfəri Azərbaycan, digərləri isə Albaniya və Gürcüstan vətəndaşlarıdır. Ekipaj, texniki və tibbi heyət üzvləri ilə birlikdə təxliyə edilənlərin sayı 61 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR