Azərbaycan yığması Makedoniya ilə qarşılaşacaq

Azərbaycan yığması Makedoniya ilə qarşılaşacaq
# 25 yanvar 2018 13:30 (UTC +04:00)

Azərbaycan millisinin yoxlama oyunlarındakı daha bir rəqibi bəlli olub. Apasport.az AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, yığmamız Makedoniya millisi ilə qarşılaşacaq.

Bu barədə AFFA və Makedoniya Futbol Federasiyası arasında ilkin razılıq əldə olunub. Razılaşmaya görə görüş martın 27-də baş tutacaq. Matç Türkiyənin Antalya şəhərində təşkil olunacaq.

Qeyd edək ki, yığmamız yanvarın 30-da Moldova ilə üz-üzə gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR