Ankara valisi vergi müfəttişliyi binasında qaz partlamasını diversiya adlandırıb

Ankara valisi vergi müfəttişliyi binasında qaz partlamasını diversiya adlandırıb
# 01 fevral 2018 22:59 (UTC +04:00)

Ankarada vergi müfəttişliyi binasında baş vermiş qaz partlaması böyük ehtimalla diversiya olub. APA-nın xəbərinə görə, bunu Ankara valisi Ercan Topaca bildirib.

Onun sözlərinə görə, dəqiqləşdirilmiş məlumata əsasən, insident nəticəsində 2 nəfər yüngül xəsarət alıb.

Sosial şəbəkələrdəki xəbərlərə görə, partlayış Çukurambar rayonundakı vergi müfəttişliyinin boş binasında qaz sızması nəticəsində baş verib. Partlayışın səsi Ankaranın ətraf rayonlarında da eşidilib.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR