Azərbaycan əczaçılıq məhsullarının idxalını 33% artırıb

Azərbaycan əczaçılıq məhsullarının idxalını 33% artırıb
# 24 iyul 2018 14:38 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana 123 mln. 751,43 min ABŞ dolları dəyərində 6 493,22 ton əczaçılıq məhsulları idxal edilib.

Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin 6 ayı ilə müqayisədə 1 215,04 ton və ya 23,02% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 36 mln. 885,27 min dollar və ya 42,46% çoxdur.

Xatırladaq ki, 2017-ci ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 86 mln. 866,16 min dollar dəyərində 5 278,18 ton əczaçılıq məhsulları idxal edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-iyun aylarında əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 2,66%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR