Narkotik alverində təqsirləndirilən iş adamına 1 illik həbs cəzası verilib

Narkotik alverində təqsirləndirilən iş adamına 1 illik həbs cəzası verilib
# 15 fevral 2017 13:16 (UTC +04:00)

Bakı Ağır Cinayətlər məhkəməsində narkotik alveri və odlu silah saxlamaqda təqsirləndirilən iş adamı Nəriman Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrlik prosesdə hökm oxunub.

Hökmə əsasən, N. Əliyev 1 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N. Əliyev Bakıxanov qəsəbəsində olan şadlıq evinin sahibidir. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələrinə əsasən ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR