Kürdəmirdə yaşayış evi uçub

Kürdəmirdə yaşayış evi uçub
# 05 dekabr 2016 08:44 (UTC +04:00)

Kürdəmirdə 5 nəfərin yaşadığı fərdi ev uçub. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayon mərkəzində, Heybət Qədirov küçəsində baş verib. İntiqam Bayram oğlu Məmmədova məxsus 1 mərtəbəli, 2 otaq və aynabənddən ibarət qəzalı evin arxa hissəsi uçaraq yararsız hala düşüb.

Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tacəddin Novruzov məsələ barədə məlumatlı olduqlarını və hadisə yerinə baxış keçirildiyini bildirib.

O, çiy kərpicdən tikilmiş evin istismar müddətini başa vurduğu üçün qəzalı vəziyyətə düşdüyünü bildirib və qeyd edib ki, bu səbəbdən də evi İ. Məmmədov özü bərpa etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR