SOCAR-ın Ukraynadakı törəməsi 160 min manat cərimələnib

SOCAR-ın Ukraynadakı törəməsi 160 min manat cərimələnib
# 12 aprel 2017 09:38 (UTC +04:00)

UKraynanın Dövlət Antiinhisar Komitəsi pərakəndə şəkildə yanacaq satışı həyata keçirən bir neçə şirkəti cərimələyib.

"APA-Economics" xəbər verir ki, cərimələnən şirkətlər arasında SOCAR-ın Ukraynadakı törəməsi "SOCAR Petroleum" da var. Qurum SOCAR-ın törəməsini 2,534 mln. qrivna (təxminən 160,402 min manat) məbləğində cərimələyib.

Dövlət Komitəsinin açıqlamasında deyilir ki, cərimələnən şirkətlər antiinhisar qanunvericiliyinin tələblərini pozub.

Qeyd edək ki, qurum ümumilikdə 7 şirkəti 204,325 mln. qrivna məbləğində cərimələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR