Nazirlik: Təfəkkür Universitetinin daha 100 tələbəsi digər ali məktəblərə köçürülüb

Nazirlik: Təfəkkür Universitetinin daha 100 tələbəsi digər ali məktəblərə köçürülüb
# 20 sentyabr 2017 14:40 (UTC +04:00)

Ötən 5 gün ərzində Təfəkkür Universitetinin daha 100-ə yaxın tələbəsi ümumi qaydada transfer.edu.az portalından istifadə etməklə digər ali təhsil müəssisələrinə köçürülüb.

Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, artıq bu günə kimi (yay tətili ərzində) universitetin digər ali məktəblərə köçürülən tələbələrin sayı 300-ə yaxındır.

Digər ali məktəblərə köçürülmək istəyən tələbələrin transfer.edu.az portalına müraciət etmələri üçün son tarix sentyabrın 25-də başa çatır. Nazirlik tələbələrə gələcək taleləri barədə indidən düşünməyi məsləhət görüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR