Tbilisidəki Mtatsminda dağında güclü yanğın baş verib

Tbilisidəki Mtatsminda dağında güclü yanğın baş verib
# 08 avqust 2017 22:46 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Mtatsminda dağında meşədə güclü yanğın baş verib.

APA-nın yerli bürosunun məlumatına əsasən, atraksionlar parkının yaxınlığında başlayan yanğın artıq məhdudlaşdırılıb. Yanğına yaxın yerləşən sakinlər evlərindən təxliyə edilib.

Gürcüstanın Daxili İşlər Nazirliyindən hadisə yerinə 70-ə yaxın yanğınsöndürənin cəlb olunduğu bildirilib.

Yanğının baş verdiyi ərazinin çətin relyefi onun söndürülməsini çətinləşdirir. DİN-nin məlumatına əsasən, hazırda yanğının daha geniş əraziyə yayılması təhlükəsi yoxdur.

Gürcüstanın İctimai Televiziyasının məlumatına əsasən, hadisə yerinə Tbilisi meri David Narmaniya, parlamentin sədri İrakli Kobaxidze və Tbilisi meri vəzifəsinə namizəd Kaxa Kaladze gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR