PA rəsmisi: "Azərbaycana əməkdaşlıq təklif olunur, onun dünya siyasətində yeri, mövqeyi görünür"

PA rəsmisi: "Azərbaycana əməkdaşlıq təklif olunur, onun dünya siyasətində yeri, mövqeyi görünür"
# 04 mart 2017 08:41 (UTC +04:00)

"Bu ilin əvvəlindən Azərbaycan prezidentinin demək olar ki, hər həftə səfəri olur. Bu, Azərbaycanın dünya siyasətində yerini nümayiş etdirir".

APA-nın məlumatına görə, bu sözləri Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

O bildirib ki, Azərbaycana əməkdaşlıq təklif olunur, onun yeri, mövqeyi görünür: "Qətərə səfər zamanı iki ölkə arasında əməkdaşlığın hazırkı durumu, gələcək perspektivi barədə müzakirələr aparıldı. Perspektivlər var. İki ölkə arasında kənd təsərrüfatı, texnologiya, enerji, turizm, sərmayə qoyuluşu, hava uçuşlarının intensivləşdirilməsi sahəsində yaxşı imkanlar mövcuddur, bunun nəticələrini tezliklə görəcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR