Tramp Suriyada mülki vətəndaşlar üçün "təhlükəsizlik zonaları" yaratmaq niyyətindədir

Tramp Suriyada mülki vətəndaşlar üçün "təhlükəsizlik zonaları" yaratmaq niyyətindədir
# 25 yanvar 2017 22:09 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp Suriyada mülki vətəndaşlar üçün "təhlükəsizlik zonaları" yaratmaq niyyətindədir.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bununla bağlı ABŞ-ın dövlət başçısı Pentaqon və Dövlət Departamentinə müvafiq tapşırıq verib.

Sərəncamın təfərrüatları barədə hələ ki, məlumat verilmir.

Bundan əvvəl Obama administrasiyası Suriyada "təhlükəsiz zonalarının” yaradılmasını nəzərdən keçirsə də, bunun mürəkkəb proses olması və ABŞ-ın Suriya daxili münaqişəyə cəlb edilməsindən ehtiyat etmişdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR