Avropada oynayan ən yaxşı braziliyalı futbolçu bəlli olub

Avropada oynayan ən yaxşı braziliyalı futbolçu bəlli olub
# 03 yanvar 2020 10:21 (UTC +04:00)

İngiltərənin “Liverpul” klubunun futbolçusu Alisson Bekker növbəti mükafatını qazanıb.

Apasport.az saytının məlumatına görə, təcrübəli qapıçı Avropada çıxış edən ən yaxşı braziliyalı adına yiyələnib.

O, “Samba Gold” mükafatına sahib çıxıb. Alisson səslərin 35,54 faizini toplayıb.

2-ci yeri “Liverpul”un digər üzvü Roberto Firmino tutub – 23,48 faiz. Fransa PSJ-sinin müdafiəçisi Tyaqu Silva 3-cü olub – 10,46 faiz.

Alisson bu mükafata layiq görülən ilk qapıçı kimi tarixə düşüb.

Qeyd edək ki, “Liverpul”un qolkiperi 2019-cu ildə ən yaxşı qapıçı kimi Lev Yaşin mükafatı və “Globe Soccer Awards” mükafatına da yiyələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR