Şəmkirdə yük maşını yolu keçmək istəyən ruhi-əsəb xəstəsini vurub

Şəmkirdə yük maşını yolu keçmək istəyən ruhi-əsəb xəstəsini vurub
# 27 noyabr 2019 23:02 (UTC +04:00)

Şəmkir rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun 20 Yanvar küçəsində qeydə alınıb.

Hərəkətdə olan yük maşını yolu keçmək istəyən 1987-ci il təvəllüdlü Ələkbərov Xəqani Nurəddin oğlunu vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilib.

Qeyd edək ki, piyadanın ruhi-əsəb xəstəsi olduğu deyilir.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR