Aİ rəsmisi: "Çox şadam ki, yenidən Azərbaycanla dialoqa başlamışıq"

Aİ rəsmisi: "Çox şadam ki, yenidən Azərbaycanla dialoqa başlamışıq"
# 13 oktyabr 2016 14:48 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında alt komitələrdən bu gün üçüncüsünün iclası baş tutub.

APA- nın məlumatına görə, bunu Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.

Onun sözlərinə görə, sabah 4-cü alt komitənin iclası keçiriləcək: "İki həftə əvvəl ticarət və iqtisadiyyat alt komitəsinin iclası keçirildi. Biz hesab edirik ki, bu komitələrin iclası vasitəsilə azərbaycanlı həmkarlarımızla çox vacib məsələlərə dair fikir mübadiləsi aparmaq imkanı əldə edirik. Mən çox şadam ki, biz bu dialoqa yenidən başlamışıq. İlin sonuna yaxın nəqliyyata aid çox vacib məsələləri əhatə edən enerji alt komitəsinin iclasını keçiriləcəyinə ümid edirik. Əməkdaşlığın müxtəlif sahələrinə dair konkret nəticələr əldə ediləcəyinə də ümidvaram".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR