AİF 20 milyon manatlıq istiqraz buraxır

AİF 20 milyon manatlıq istiqraz buraxır
# 09 fevral 2017 06:50 (UTC +04:00)

30 yanvar 2017-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan İpoteka Fondu” ASC-nin ipoteka istiqrazlarının buraxılışı dövlət qeydiyyatına alınıb.

Palatadan “APA-Economics”ə verilən xəbərə görə, faizli istiqrazların hər birinin nominal dəyəri 1000 manat, sayı 20 min ədəddir.

Qeyd edək ki, istiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Sözügedən istiqrazlar üzrə gəlirlik 3%, tədavül müddəti 3600 gündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR