Xudatda maşın təmiri sexində partlayış olub, iki nəfər xəsarət alıb

Xudatda maşın təmiri sexində partlayış olub, iki nəfər xəsarət alıb
# 27 dekabr 2016 18:42 (UTC +04:00)

Bu gün axşam saatlarında Xudat şəhərində maşın təmiri sexində bədbəxt hadisə baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, qaynaq zamanı sexdə baş verən partlayış nəticəsində iki nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Xudat şəhər sakinləri 1987-ci il təvəllüdlü Şıxəmirov Cavad Tahirmirzə oğlu və 1986-ci il təvəllüdlü Məhərrəmov Rəvan Zahir oğlu ilkin tibbi yardımdan sonra paytaxtda yerləşən tibb müəssisələrindən birinə göndərilib.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR