Salyanda ölümlə nəticələnən yol qəzası baş verib

Salyanda ölümlə nəticələnən yol qəzası baş verib
# 29 yanvar 2017 23:47 (UTC +04:00)

Salyan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Salyan rayonu, Kür Qaraqaşlı kəndi ərazisində “VAZ” markalı minik avtomobilin qəzaya uğraması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış 1990-ci il təvəllüdlü Qasımov Elvin Xalıd oğlunun meyitini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 01:22-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR