İtaliyada zəlzələdən sonra ana və övladı dağıntılar altından xilas edilib

İtaliyada zəlzələdən sonra ana və övladı dağıntılar altından xilas edilib
# 18 yanvar 2017 18:13 (UTC +04:00)

İtaliyanın Kastilyone şəhərində baş verən zəlzələdən sonra xilasedicilər ana və övladını dağıntılar altından çıxarıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, onların həyatlarına təhlükə olmadığı bildirilir.

Bu gün səhər saatlarında İtaliyanın mərkəzi bölgəsində bir-birinin ardınca 5,6 bal gücündə üç zəlzələ qeydə alınıb. Zəlzələ paytaxt Romada da hiss olunub. Ölən və xəsarət alanlar barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR