Pakistanda terror aktı törədilib

Pakistanda terror aktı törədilib
# 15 fevral 2017 14:14 (UTC +04:00)

Pakistanın Peşəvər şəhərində partlayış törədilib.

APA-nın “tribune.com.pk”-a istinadən verdiyi məlumata görə, nəticədə 2 nəfər ölüb, 18 nəfər yaralanıb. İlkin məlumata əsasən, partlayıcı qurğu yerləşdirilmiş motosiklet dövlət məmurlarını daşıyan avtomobilə çırpılıb. Hadisə siyasi partiyaların birinin ofisi qarşısında törədilib.

Hadisə yerinə hüquq-mühafizə orqanları və xilasedicilər cəlb olunub.

Qeyd edək ki, bazar ertəsi ölkənin şərqindəki Lahor şəhərində törədilən partlayış zamanı iki yüksək rütbəli polis əməkdaşı daxil olmaqla 15 nəfər ölmüşdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR