Lerikdə maskalı şəxslər evə basqın edib

Lerikdə maskalı şəxslər evə basqın edib
# 02 mart 2019 12:21 (UTC +04:00)

Lerikdə yaşayış evinə basqın olub.

ONA-nın cənub bürosunun xəbərinə görə, hadisə rayonun Sors kəndində qeydə alınıb. Kənd sakini, 1935-ci il təvəllüdlü Fayaz Əliyevin evinə gecə saatlarında basqın edən maskalı şəxslər onun və həyat yoldaşı, 1956-cı il təvəllüdlü Mərziyə Şabıyevanın sifətinə və baş nahiyəsinə zərbələr endiriblər.

Xəsarət alan ev sahibləri dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR