Xaçmazda 61 yaşlı kişini güllələyən şəxs özünü də vurub - YENİLƏNİB

Xaçmazda 61 yaşlı kişini güllələyən şəxs özünü də vurub - <span style="color: red;">YENİLƏNİB
# 03 oktyabr 2017 11:58 (UTC +04:00)

Xaçmaz rayonunda 61 yaşlı şəxsi güllələyən şəxs özünə də silahla xəsarət yetirib.

APA-nın şimal bürosunun məlumatına görə, rayonun Qımılqışlaq kənd sakini, 1956-cı il təvəllüdlü Mehrəliyev Abdulağa Beybut oğlunu güllələyən həmkəndlisi, 1957-ci il təvəllüdlü Məmmədseyidov Gülbala İmaməddin oğlu özünü də güllələyib.

O, yaralı vəziyyətdə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

***

12.10

Xaçmaz rayonunda güllələnmə faktı qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qımılqışlaq kəndində qeydə alınıb. Kənd sakini, 1956-cı il təvəllüdlü Mehrəliyev Abdulağa Beybut oğlu bel nahiyəsində güllə yarası ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Ona ov tüfəngi ilə həmkəndlilərindən birinin xəsarət yetirdiyi bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR