Qazaxıstan XİN: Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük üçün müraciət etsə, buna baxılacaq

Qazaxıstan XİN: Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük üçün müraciət etsə, buna baxılacaq
# 27 dekabr 2016 06:47 (UTC +04:00)

“Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük üçün namizədliyini irəli sürsə, bu məsələyə baxılacaq”.

APA-nın məlumata görə, bunu Qazaxıstanın xarici işlər naziri Erlan İdrisov deyib. O bildirib ki, Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) qoşulmağa dair rəsmi müraciəti olmayıb. Nazir gələn il yayda keçiriləcək sammitdə Hindistan və Pakistanın ŞƏT-im tamhüquqlu üzvləri olacağını bildirib.

Qeyd edək ki, Orta Asiya ölkələri, Rusiya və Çinin üzvü olduğu ŞƏT-in əsas məqsədləri üzv ölkələrin ərazisində sabitlik və təhlükəsizliyi təmin etmək, terrorçuluq, ekstremizm, narkotiklərin qaçaqmalçılığı ilə mübarizə aparmaq, iqtisadi inkişaf, enerji sahəsində tərəfdaşlıq, elmi və mədəni sahədə qarşılıqlı əlaqələr qurmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR