İmişlidə silsilə oğurluqlar edən şəxs tutulub

İmişlidə silsilə oğurluqlar edən şəxs tutulub
# 05 may 2018 16:55 (UTC +04:00)

İmişli rayonunda silsilə oğurluqlar edən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, martın 24-də Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətindən İmişli RPŞ-yə rayon sakini Yengibar Şükürova məxsus kafedən 2658 manat dəyərində bir ədəd soyuducu mühərrikinin, 2 ədəd səsgücləndirici, 2 ədəd generator, 200 metr uzunluğunda kabel və 2 ədəd santexniki avadanlığın oğurlanması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş 26 yaşlı Zeyqəm Musayev saxlanılıb. Dindirilmə zamanı Z.Musayev törətdiyi cinayəti etiraf edib.

Ətrafında aparılan araşdırmalar nəticəsində Z.Musayevin digər cinayətlərdə də əli olduğu aşkarlanıb. Belə ki, saxlanılan şəxs ayrı-ayrı vətəndaşlara məxsus “KamAZ” markalı yük avtomobilindən ümumi dəyəri 1220 manat olan 4 ədəd akkumlyator oğurladığı məlum olub.

Bundan başqa həmin şəxsin digər vətəndaşa məxsus dəmir sexindən 450 manatlıq 145 metr uzunluğunda mis məftil oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı İmişli RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR