Azərbaycan avtomobil idxalını beşqat azaldıb

Azərbaycan avtomobil idxalını beşqat azaldıb
# 17 yanvar 2017 07:14 (UTC +04:00)

2016-cı ildə Azərbaycana ümumilikdə 5 746 ədəd avtomobil idxal olunub.

"APA-Economics" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 21 039 ədəd avtomobil və ya 4,66 dəfə azalıb.

Ölkəyə gətirilən avtomobillərin 96 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 4 991 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 571 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 88 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR