Siyəzəndə 6 nəfəri ilan sancıb

Siyəzəndə 6 nəfəri ilan sancıb
# 31 may 2018 07:25 (UTC +04:00)

Bu ilin 5 ayında Siyəzən rayonunda 6 nəfəri ilan sancıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, həmin şəxslər müvafiq tibbi yardım almaq üçün Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə müraciət edib. Mərkəzin şöbə müdiri İlqar Osmanov bildirib ki, 6 nəfərdən yalnız 3 nəfərinə ilan zəhəri əleyhinə zərdab vurulub. Onun sözlərinə görə, ilan sancmasından ölüm faktı qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR