Dövlət Gömrük Komitəsinin sədri Şamaxıda vətəndaşları qəbul edib

Dövlət Gömrük Komitəsinin sədri Şamaxıda vətəndaşları qəbul edib
# 28 iyul 2018 10:42 (UTC +04:00)

Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Şamaxı şəhərində vətəndaşları qəbul edib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, qəbulda bölgədə yerləşən - Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı DGK sədri Səfər Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR