Pentaqon rəhbəri Astanadakı Suriya danışıqlarını səmərəsiz adlandırıb

Pentaqon rəhbəri Astanadakı Suriya danışıqlarını səmərəsiz adlandırıb
# 03 dekabr 2017 01:57 (UTC +04:00)

Astanadakı Suriya danışıqları səmərəsizdir. APA-nın RT-yə istinadən verdiyi xəbərə görə, bu barədə Pentaqon rəhbəri Ceyms Mettis bildirib.

“Astanadakı danışıqlar səmərəsizdir. Çoxlu səylər göstərilib, amma nəticəsi çox cüzidir. İndi əsas rol Cenevrəyə keçib, burada mühüm səylər BMT-nin xüsusi nümayəndəsi Staffan de Mistura tərəfindən göstərilir”, - deyə Pentaqon rəhbəri bildirib.

Bundan əvvəl Ağ Ev bəyan edib ki, BMT çərçivəsində Suriya üzrə Cenevrə prosesi bu ölkənin siyasi gələcəyinin müzakirəsi üçün yeganə legitim meydançadır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR