Nyu-Yorkda növbəti dəfə ABŞ-ın dövlət borcunu əks etdirən elektron tablo quraşdırılıb

Nyu-Yorkda növbəti dəfə ABŞ-ın dövlət borcunu əks etdirən elektron tablo quraşdırılıb
# 02 dekabr 2017 11:24 (UTC +04:00)

Nyu-Yorkun Tayms-skver küçəsində növbəti dəfə ABŞ-ın dövlət borcunun əks olunduğu elektron tablo quraşdırılıb.

"APA-Economics" "Wall Street Journal" nəşrinə istinadən xəbər verir ki, tablonun ekranında 14 rəqəmli məbləğ əks olunub: ABŞ öz kreditorlarına 20 trilyon dollardan çox borcludur ki, adambaşına düşən borcun məbləği 242 min dolları ötür.

Yarım il bundan öncə "Durst Organization" developer şirkəti tablonun yenilənməsinə 160 min dollar xərcləyib, lakin onun "bir qədər köhnəlmiş" görkəmində ciddi dəyişiklik olmayıb. Şirkətin rəhbəri Duqlas Dörst bildirib ki, bu "köhnə görkəm" insanlara dövlət borcu probleminin uzun müddət aktual olduğunu xatırladır.

Şirkət rəhbəri Donald Trampın prezidentliyi dövründə vəziyyətin radikal şəkildə dəyişəcəyini gözləmir. "Donald Tramp bir dəfə özünü "borc kralı" adlandırıb və etiraf edib ki, o, sərvətini kreditlərin hesabına qazanıb".


Qeyd edək ki, tablo ilk dəfə olaraq 1989-cu ildə quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR