Milli Oftalmologiya Mərkəzi Horadiz və Cocuq Mərcanlıda humanitar aksiya keçirəcək

Milli Oftalmologiya Mərkəzi Horadiz və Cocuq Mərcanlıda humanitar aksiya keçirəcək
# 02 dekabr 2017 12:20 (UTC +04:00)

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası 7-8 dekabrda Füzuli rayonu Horadiz şəhəri və Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində humanitar aksiya keçirəcək.

Mərkəzdən APA-ya verilən məlumata görə, qurumun həyata keçirdiyi aksiyalar gündən-günə artır və prezident İlham Əliyevin səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin tərkib hissəsi hesab olunur. Mərkəz mütəmadi olaraq respublikanın müxtəlif regionlarında pasientlərə səyyar xidmət göstərir.

Qeyd edə ki, 2005-ci ildən 2017-ci il ərzində klinika respublikanın 90 rayon və şəhərlərinə 125 aksiya keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR