“Neftçi” Namik Ələskərovla yeni müqavilə imzalayıb

“Neftçi” Namik Ələskərovla yeni müqavilə imzalayıb
# 25 yanvar 2018 13:39 (UTC +04:00)

“Neftçi” Namik Ələskərovla yeni müqavilə imzalayıb. Klubdan apasport.az saytına verilən məlumata görə, 22 yaşlı yarımmüdafiəçinin mövsümün sonunda bitəcək sözləşməsinin müddəti daha 1 il artırılıb.

Millimizin də formasını geyinən Ələskərov gələn mövsümün sonunadək “Neftçi”yə məxsus olacaq.

Qeyd edək ki, Ələskərov 2017-ci ilin yanvarından “Neftçi”də oynayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR