Abşeronda avtomobilin vurduğu motosiklet piyadaya çırpılıb

Abşeronda avtomobilin vurduğu motosiklet piyadaya çırpılıb
# 06 fevral 2020 04:38 (UTC +04:00)

Abşeronun Mehdiabad qəsəbəsində yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, 1988-ci il təvəllüdlü Ələsgərov Oruc İman oğlu motosikletlə hərəkətdə olan zaman “Hyundai” markalı nəqliyyat vasitəsi ona dəyib.

Zərbənin gücündən motosiklet avtobusdan düşən 1971-ci il təvəllüdlü Əkbərova Arzu Tofiq qızını vurub. Qəza nəticəsində motosikletin sürücüsü O.Ələsgərov və piyada A.Əkbərova müxtəlif xəsarətlərlə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR