Azərbaycan idmançıları “beynəlxalq səviyyəli gimnast” tituluna layiq görülüblər

Azərbaycan idmançıları “beynəlxalq səviyyəli gimnast” tituluna layiq görülüblər
# 01 mart 2019 13:19 (UTC +04:00)

Azərbaycan gimnastları “beynəlxalq səviyyəli gimnast” tituluna layiq görülüblər. Azərbaycan Gimnastika Federasiyasından ONA-ya verilən məlumata görə, bu, 2018-ci ildə keçirilmiş dünya çempionatlarının nəticələrinə əsasən gerçəkləşib.

Belə ki, 4 gimnastımızın mundialda nümayiş etdirdiyi nəticələr Beynəlxalq Gimnastika Federasiyasının diqqətindən yayınmayıb. Təmsilçilərimizdən bədii gimnast Zöhrə Ağamirova Sofiyada, qarışıq cütlükdə çıxış edən akrobatlar Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi Antverpendə, idman gimnastika Nikita Simonov Dohada fərqləndikləri üçün buna nail olublar.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası da 2018-ci ilin ən yaxşısı seçilib. 148 federasiyanın üzv olduğu Beynəlxalq Gimnastika Federasiyasının reytinq siyahısında ölkəmiz 2014, 2015 və 2016-cı illərdə 10 ən güclü federasiyaların sırasında, növbəti 2 ildə ilk pillədə qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR