NATO Kalininqradda "İsgəndər" raketlərinin yerləşdirilməsini təhdid sayır

NATO Kalininqradda "İsgəndər" raketlərinin yerləşdirilməsini təhdid sayır
# 03 aprel 2017 08:33 (UTC +04:00)

NATO ölkələri Rusiyaya məxsus “İsgəndər” raket kompleksinin Kalininqrad vilayətində yerləşdirilməsini öz təhlükəsizliklərinə təhdid hesab edirlər.

APA-nın məlumatına görə, bunu alyansın baş katibinin müavini Rouz Qottemüller “Kommersant” qəzetinə müsahibəsində deyib. O bildirib ki, Kalininqrad vilayəti Rusiya ərazisi olsa da, “İsgəndər” komplekslərinin yerləşdirilməsi hərbiləşmə tendensiyasına və hava məkanında nəzarətin gücləndirilməsinə sübutdur: "Rusiya ilə qonşuluqda olan ittifaq üzvləri bunu öz təhlükəsizliklərinə təhdid hesab edirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR