Bakıda bağ evindən meyit tapılıb

Bakıda bağ evindən meyit tapılıb
# 26 dekabr 2016 14:46 (UTC +04:00)

Bakıda bağ evindən meyit tapılıb.

APA-nın məlumatına görə, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisindəki bağ evlərindən birində kişi meyiti aşkar edilib.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin həmin evdə gözətçi işləyən, Füzuli rayon sakini, 63 yaşlı Tərzan Kamal oğlu Teymurov olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR