Qurban Yetirmişli: ““Otman bozdağ” vulkanının oyanmasına zəlzələlər təsir edib”

Qurban Yetirmişli: ““Otman bozdağ” vulkanının oyanmasına zəlzələlər təsir edib”
# 09 fevral 2017 08:53 (UTC +04:00)

“Azərbaycanda zəlzələlərin, palçıq vulkanlarının bir-biri ilə əlaqəsi var”. APA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün keçirdiyi mətbuat konfransında deyib ki, vulkanların püskürməsi və aktivləşməsinə ən çox təsir edən amil zəlzələlərlə bağlıdır.

Q.Yetirmişli qeyd edib ki, fevralın 6-da Sənqəçalda “Otmanbozdağ” vulkanının oyanmasına da zəlzələlər təsir edib. Onun sözlərinə görə, həmin ərazinin yaxınlığında baş verən 7-8 zəlzələ bu vulkana təsir göstərib: “Vulkanın oyanması adi hal deyil, burada zəlzələlərin müəyyən təsiri var. Bu vulkanın parametrləri müəyyənləşib. Vulkanın dərinliyi 3 kilometr olub və 2 dəfə püskürüb. Vulkandan ayrılan enerjinin gücü 1,5 və 1,7 coul idi. Bu da o qədər də böyük gecə malik deyil ki, nəticədə zəlzələ ocağını oyatsın və zəlzələ baş versin”.

Q.Yetirmişli vurğulayıb ki, 2014-cü ildə dekabrın 20-də Qobustan rayonunda püskürən Şıxzərli vulkanından 2 gün öncə dekabrın 18-də həmin ərazinin yaxınlığında Şamaxı və Qobustanda zəlzələ baş verib. Onun sözlərinə görə, zəlzələlər bu vulkanın püskürməsinə səbəb olub.

Baş direktor əlavə edib ki, vulkanlarla bağlı ayrıca monitorinq aparmaq lazımdır: “Gərək vulkana yaxın 3-4 cihaz qurula ki, orada olan vəziyyəti izləmək mümkün olsun. Bunun üçün vulkan ətrafında mobil stansiyalar qurmaq lazımdır. Vulkan və zəlzələnin vaxtını bilmək olmur, amma hər bir halda ərazidə baş verən prosesləri izləmək olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR