Deputat İsmayıllıda seçiciləri ilə görüşüb

Deputat İsmayıllıda seçiciləri ilə görüşüb
# 14 oktyabr 2016 08:38 (UTC +04:00)

Bakı-APA. Milli Məclisin deputatı Novruz Aslanov oktyabrın 13-də seçicilərini qəbul etmək məqsədilə İsmayıllı rayonuna növbəti dəfə səfər edib.

Deputatın qərargahından APA-ya bildirilib ki, qəbul deputatın İsmayıllı şəhərində yerləşən qərargahında keçirilib. Qəbula gələn sakinlərin qaldırdığı məsələlər əsasən sosialyönümlü məsələlərdən ibarət olub. Bəzi məsələlər yerindəcə həll edilib, digərləri ilə bağlı deputat əlaqədar qurumlara müraciətlərin ediləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR