Ərdoğan: "Referendum Şimali İraq yerli idarəçiliyini yalnızlığa məhkum edəcək"

Ərdoğan: "Referendum Şimali İraq yerli idarəçiliyini yalnızlığa məhkum edəcək"
# 04 oktyabr 2017 14:54 (UTC +04:00)

“İraq məsələsi hazırda İranla Türkiyənin qarşısında duran bir nömrəli məsələyə çevrilib”.

APA-nın məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tehranda iranlı həmkarı Həsən Ruhani ilə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Türkiyə qanunsuz referendumu qəbul etmədiyini dəfələrlə bəyan edib: “Şimali İraq yerli idarəçiliyinin Türkiyə ilə 350 km, şərqdə İranla, qərbdə Suriya ilə, cənubda mərkəzi hökumətlə sərhədi var. "Mossad"la masaya oturaraq verilən qərar qanuni ola bilməz. Bu addım Şimali İraq yerli idarəçiliyini yalnızlığa məhkum edəcək. İran və Türkiyə olaraq bu mövzudakı mövqeyimiz məlumdur. İraqda bizim tərəf-müqabilimiz yalnız mərkəzi hökumətdir və bu referendumu da qətiyyətlə qanunsuz hesab edirik. Bu istiqamətdə atdığımız addımlar var. İstər İran, istər Türkiyə, istərsə də mərkəzi hökumətin bundan sonra daha da ağırlaşdırılmış şəkildə atacağı addımlar var”.

Öz növbəsində İran prezidenti bildirib ki, İraq və Suriyanın ərazi bütövlüyü Türkiyə və İranın əsas məqsədidir: “İraq Kürdüstanı xalqı bizim çox yaxşı qonşularımızdır. Onlara təzyiq göstərilməsini istəmirik. Lakin oradakı bəzi şəxslər yanlış qərarlar aldılar. Bu qərarlarından çəkinməlidirlər. Bizim təməl və ortaq strateji maraqlarımız gerçəkləşsin deyə Türkiyə İran və İraq birgə hərəkət etməlidir”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR