Azərbaycan Qaziantepdən 4 milyon dollarlıq ayaqqabı və tərlik idxal edib

Azərbaycan Qaziantepdən 4 milyon dollarlıq ayaqqabı və tərlik idxal edib
# 09 noyabr 2017 07:52 (UTC +04:00)

Cari ilin yanvar-oktyabr ayı ərzində Türkiyənin Qaziantep şəhərindən 100 mln. dollarıq ayaqqabı və tərlik ixrac edilib.

APA-Economics”in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Azərbaycan Qaziantepdən ayaqqabı və tərlik idxal edən ölkələr siyahısında 6-cı, bu ixracda payı isə 4,1%-dir.

Belə ki, qeyd olunan dövrdə qardaş ölkənin ən böyük sənaye şəhərlərindən olan Qaziantepdən Azərbaycana 4,1 mln. dollarlıq ayaqqabı və tərlik ixrac olunub.

Qeyd edək ki, ən çox ayaqqabı və tərlik İraq, Səudiyyə Ərəbistanı, Yəmən, Sudan və Rusiyaya ixrac edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR