Direktor: “SOCAR Georgia Gas” investisiya öhdəliklərini 20% artıqlaması ilə yerinə yetirib"

Direktor: “SOCAR Georgia Gas” investisiya öhdəliklərini 20% artıqlaması ilə yerinə yetirib"
# 08 may 2018 09:58 (UTC +04:00)

““SOCAR Georgia Gas” Gürcüstanda investisiya öhdəliklərini 20% artıqlaması ilə yerinə yetirib”.

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu “SOCAR Georgia Gas” şirkətinin direktoru Azər Məmmədov Tbilisidə “Caspian European Club”un təşkilatçılığı ilə keçirilən 5-ci Beynəlxalq Caspian Energy Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, 2007-ci ildə Gürcüstan hökuməti ilə imzalanmış müqaviləyə əsasən, 250 min abunəçi təbii qazla təmin olunmalı idi: “Şirkət bu rəqəmi 300 minə çatdırmağa nail olub”.

A.Məmmədov qeyd edib ki, “SOCAR Energy Georgia” şirkətində 5 min nəfər, şirkətin cəlb etdiyi podratçı şirkətlərdə də bir neçə min nəfər çalışır. “SOCAR Gürcüstanda yüksək sosial məsuliyyətli şirkətdir. Şirkət Gürcüstanda təhsil, mədəni irs, idman və digər sahələrdə müxtəlif tədbirlərin keçirilməsinə dəstək verir,” – deyə A. Məmmədov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR