İyunda banklar 12 mln. manatlıq ipoteka krediti verib

İyunda banklar 12 mln. manatlıq ipoteka krediti verib
# 08 avqust 2017 16:53 (UTC +04:00)

2017-ci ilin iyun ayında Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına banklar tərəfindən 11,9 mln. manat məbləğində ipoteka krediti verilib.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, ilin əvvəlindən iyulun 1-nə qədər banklar tərəfindən 76,8 mln. manatlıq ipoteka krediti verilib.

İyun ayında dövlət büdcəsindən AİF-ə 3,8 mln. manat ayrılıb. Bununla da, hesabat dövrü ərzində dövlət büdcəsindən AİF-ə ayrılan vəsaitin həcmi 24,2 mln. manata çatıb.

İyunda AİF 9,2 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.

Hesabat dövründə Bakı Fond Birjasında AİF-in 10 mln. manatlıq istiqrazları yerləşdirilib.

AİF-in ipoteka portfeli üzrə göstəricilərə gəlincə, bu ilin iyulun 1-nə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 42 612,1 manat, orta müddəti 280 ay, orta faiz dərəcəsi 6,67%, aylıq ödəniş isə 305,6 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR