İran XİN rəhbəri: “Nüvə razılaşmasına yenidən baxılmayacaq”

İran XİN rəhbəri: “Nüvə razılaşmasına yenidən baxılmayacaq”
# 17 fevral 2017 22:22 (UTC +04:00)

Hər hansı bəyanata baxmayaraq, İranın nüvə proqramı üzrə razılaşma qüvvədə qalacaq.

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib.

“Fikrimcə, ABŞ ekspertləri daxil olmaqla, hamı bilir ki, razılaşma bütün tərəfləri qane edir. Tək İranı yox, ABŞ-ı da”, deyə Zərif bildirib.

Onun sözlərinə görə, nüvə proqramına dair razılaşma diplomatiyanın məcburiyyət üzərində qələbəsidir. “Çünki məcbur etmə artıq işləmir”, deyə İran XİN rəhbəri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR