Paşha Bank
Bank Of Baku

Yeniyetməyə qarşı quldurluq edən şəxslərə ağır cəza verilib

Yeniyetməyə  qarşı quldurluq edən şəxslərə ağır cəza verilib
# 16 dekabr 2021 12:22 (UTC +04:00)

Bakıda 15 yaşlı oğlana qarşı quldurluq edən İlham Həsənov və Vasif Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İ.Həsənov 10 il, V.Əliyev 9 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, zərərçəkmiş şəxs Xətai Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, M.Hadi küçəsində yerləşən restoranlardan birinin qarşısında iki nəfər tanımadığı şəxs ona yaxınlaşıb. Daha sonra həmin şəxslər onu əllərində olan bıçaqla həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib mobil telefonunu tələb ediblər. Zərərçəkən telefonu onlara verəndən sonra həmin şəxslər hadisə yerindən qaçıblar.

Həyata keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü Vasif Əliyev və 1970-ci il təvəllüdlü İlham Həsənov saxlanılaraq istintaqa cəlb ediliblər.

Zərərçəkənə məxsus mobil telefon saxlanılan şəxslərin üzərindən aşkar olunaraq maddi sübut kimi götürülüb. Təqsirləndirilən şəxslər ifadələrində törətdikləri cinayəti etiraf ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR