Bank Of Baku

ABŞ-da "İda" qasırğası nəticəsində ölənlərin sayı 45-ə çatıb - YENİLƏNİB-1

ABŞ-da "İda" qasırğası nəticəsində ölənlərin sayı 45-ə çatıb - YENİLƏNİB-1
# 03 sentyabr 2021 02:56 (UTC +04:00)

ABŞ-ın şimal-şərqində tüğyan edən “İda” qasırğası nəticəsində azı 45 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “CNN” telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Bildirilir ki, Nyu-York və Nyu-Cersi ştatları ən çox zərər çəkmiş bölgələrdir, burada onlarla insan qasırğanın qurbanına çevrilib. Pensilvaniya ştatında da ölüm hadisələri qeydə alınıb.

Daha əvvəl ABŞ-ın şimal-şərqində qasırğa nəticəsində 29 nəfərin öldüyü bildirilmişdi.

***

Saat 01:42

ABŞ-ın şimal-şərqində tüğyan edən “İda qasırğası nəticəsində azı 29 nəfər həyatını itirib.

APA xəbər verir ki, bu barədə “NBC” telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, 12 nəfər Nyu-York ştatında, 14 nəfər qonşu Nyu-Cersi ştatında, daha 3 nəfər isə Pensilvaniya ştatında qasırğanın qurbanına çevrilib. Bundan əvvəl 22 nəfərin ödüyü deyilirdi.

Hər üç ştatın rəhbərliyi şiddətli yağış və şimşəkli leysan yağışları gətirən “İda” qasırğası səbəbindən öz ərazilərində fövqəladə vəziyyət rejimi tətbiq ediblər. Meteoroloqların fikrincə, təbiət hadisəsi post-tropik cərəyan kimi xarakterizə olunur və buna görə də “şiddətli yağış və daşqın təhlükəsi” ilə müşayiət olunması barədə xəbərdarlıq ediblər.

***

Saat 20:54

ABŞ-ın şərqində “İda” qasırğasının səbəb olduğu yağış və daşqınlar nəticəsində 22 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “NBC” telekanalı məlumat yayıb.

Ölüm halları Nyu-York və Nyu-Cersi ştatlarında qeydə alınıb. Onların arasında iki yaşlı uşaq da var.

Bundan əvvəl Nyu-York şəhərinin meri Bill de Blazio 9 nəfərin ölməsi barədə məlumat vermişdi. O, bölgədə rekord miqdarda yağış yağdığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR