Moskvada təcili yardım maşını tramvay ilə toqquşub

Moskvada təcili yardım maşını tramvay ilə toqquşub
# 29 noyabr 2017 23:46 (UTC +04:00)

Moskvanın mərkəzində təcili tibbi yardım maşını tramvay ilə toqquşub.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qəza Stromınka küçəsində qeydə alınıb.

İlkin məlumata əsasən, toqquşma nəticəsində 2 nəfər xəsarət alıb. Onların vəziyyətləri barədə məlumat verilmir. Hadisə yerinə Dövlət Yol Hərəkəti Təhlükəsizliyi İnspektorluğunun əməkdaşları cəlb edilib. Qəzanın səbəbləri müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR