Rabitə və yüksək texnologiyalar naziri Tərtərdə vətəndaşlarla görüşəcək

Rabitə və yüksək texnologiyalar naziri Tərtərdə vətəndaşlarla görüşəcək
# 08 noyabr 2016 08:03 (UTC +04:00)

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə noyabrın 11-də saat 14:00-da Tərtər şəhərində Tərtər, Ağdam, Bərdə, Xocalı rayonlarında və Yevlax şəhərində yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, vətəndaşlardan [email protected] elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün vətəndaşlardan aşağıdakı telefon nömrələrinə zəng etmələri xahiş olunur:

Tərtər rayonunda 02223 61554

Yevlax şəhərində 02233 64646

Ağdam rayonunda 02632 50632

Bərdə rayonunda 02020 51515

Xocalı rayonu üzrə 02235 21698

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR